13:57 04.03.2021 944

Qara Qarayev: "Biz komanda olaraq hər zaman doğru olanı etmişik"

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayevin "Report"a müsahibəsi

- Premyer Liqanın XVIII turunda "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdiniz. Həmin görüş barədə nə deyə bilərsiniz?
- Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki çempionatın sonu yaxınlaşanda intriqa daha da kəskinləşir. Çempion olmaq istəyən komandalar xal itkisinə yol vermək istəmir, digərləri isə avrokuboklara vəsiqə əldə etməyi qarşılarına hədəf qoyublar. Ona görə hamı qarşılaşmalara xal və ya xallar qazanmaq üçün çıxır. "Qəbələ" də çempionatın ən maraqlı komandalarından biridir. Həm özləri oynayır, həm də oynamağa imkan verirlər. Bu il nəticə etibarilə yox, oynadığı oyun baxımından, "Qəbələ" bizim üçün sürpriz komandalardan biridir. Əsas hədəfimiz həmişəki kimi qalib gəlmək idi. "Qəbələ" üzərində inamlı qələbə bizi daha da ruhlandırdı, yolumuza daha yaxşı davam etmək üçün səbəblər verdi. Düşünürəm ki, maraqlı oyun alındı və layiqli qələbə qazandıq. Artıq növbəti oyunları düşünməliyik.

- Bu matçdan əvvəl "Sumqayıt"la qolsuz heç-heçə etdiniz və "Neftçi"yə 1:2 hesabı ilə uduzdunuz. Həmin oyunlardan sonra komandanızın qeyri-stabil çıxış etdiyinizi düşünənlər var idi. Bununla razısınızmı və sizcə, "Qarabağ" "Qəbələ" ilə qarşılaşmada özünə gələ bildimi?
- Mən elə düşünmürəm, çünki hər kəsin şəxsi fikri var. İstənilən şəxs bizim haqqımızda istədiyi fikirdə ola, istədiyi fikri yürüdə bilər. Amma biz komanda olaraq hər zaman doğru olanı etmişik. Futbolda bəzən belə nəticələr olur. "Neftçi" ilə görüş bizim üstünlüyümüz şəraitində keçdi, lakin məğlub olduq. "Sumqayıt"la oyunda da dəfələrlə qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Futboldur, bəzən komandalar yaxşı hazırlaşır, müdafiə olunur və səndən bir xal götürə bilir. Bizim üçün rahat olan amil odur ki, "Neftçi" ilə matça qədər və bu matçdan sonra da doğru olanı etməyə çalışmışıq. Həmişə "Qarabağ"ın strategiyası, məqsədi nə olubsa, bu plan üzrə çalışmışıq. Amma nəticə bəzən alınmır. Elə olur ki, yaxşı formada olan komanda da yaxşı nəticə qazana bilmir. Düşünürəm ki, belə fikirlər insanların şəxsi düşüncəsidir. Amma ən vacibi bizim doğru bildiklərimizi etməyimizdir. Son iki görüşdə tilsimə düşdüyümüzü də hesab etmirəm. Düşünmürəm ki, son görüşdəki qələbə ilə hansısa tilsimi qırmışıq. Məqsədimiz yalnız bütün oyunlara yaxşı hazırlaşmaq və hamısında qələbə qazanmaqdır. İki tur xal itirəndə komandamızda fövqəladə bir şey olmur, əksinə, hamının məsuliyyəti daha da artır. İşimizin ciddiliyini dərk edirik.

- Hər şey qaydasındadırsa, iki oyunda xal itirməyinizin səbəbi nə idi?
- İstər "Neftçi", istərsə də "Sumqayıt"la oyunda rəqiblərdən bütün komponentlərdə üstün idik. Komanda olaraq pis oynamamışdıq. Lakin "Neftçi" ilə görüşdə məğlubiyyətə səbəb 1-2 metr topa çatmamağımız idi. Futbolda belə şeylər olur: Nə qədər yaxşı futbol oynasan da, rəqib səndən xal ala bilir. Bu isə futbolu daha da maraqlı edir. Artıq güclü və ya zəif komanda yoxdur, kim həmin gün daha hazırlıqlıdırsa, o da nəticə qazana bilir. Sözsüz ki, "Neftçi"yə qarşı məğlubiyyətdən çox bu komanda ilə qalan intriqa mənim üçün önəmlidir. Ümid edirəm ki, bu intriqa hələ də qalacaq. Çempionatımızda hazırda "Neftçi" - "Qarabağ" matçı ən yaddaqalan derbi və duellərdən biridir. İstəmirəm ki, həmin qarşılaşmaya kölgə salaq və onun haqqında çox danışaq. Futboldur, "Neftçi" qələbə qazanıbsa, deməli, həmin gün onlar layiq idi.

- Kevin Medina həmin oyundakı hərəkətinə görə 4 oyunluq cəza aldı. "Qarabağ"ın futbolçuları həmişə intizamlı olmaları ilə seçiliblər. Həmin məsələ haqqında nə deyə bilərsiniz?
- Bu barədə baş məşqçimiz Qurban Qurbanova suallar verilib. O da deyib ki, bu məsələdən danışmayaq, artıq geridə qalıb. İndidən sonra deyəcəyim hər söz Medinaya, mənə və ya komanda yoldaşlarımdan digərlərinə ziyan verə bilər. Hər kəs lazımi nəticəni çıxarıb. Bu məsələyə qayıtmasaq, daha yaxşı olar.

- "Qarabağ" ardıcıl 7 mövsüm çempion olub. Bu mövsüm əsas rəqibiniz "Neftçi"nin axıradək sizinlə rəqabət apara biləcəyini, yoxsa yenə çempionluğu sona bir neçə tur qalmış həll edəcəyinizi düşünürsünüz?
- Çempionatda böyük güc fərqi ilə üstün olan komanda yoxdur. Fikir verirsinizsə, biz və "Neftçi" müxtəlif rəqiblərə qarşı görüşlərdə xal itiririk. Düşünürəm ki, Premyer Liqadakı gərginlik davam edəcək. Hələ indidən kiminsə daha üstün olduğunu demək düzgün olmaz. Bu barədə danışmaq tezdir. Hələ qarşıda oyunlar var.

- Növbəti turda "Zirə" ilə üz-üzə gələcəksiniz. Rəqib üçüncü sırada qərarlaşıb, baş məşqçi Rəşad Sadıqovu da yetərincə tanıyırsınız. Həmin qarşılaşmada hansı nəticə qeydə alına bilər?
- Çempionatın sürprizləri qabaqdadır. Kimin kimdən xal alacağı hələ bilinmir. Proqnoz vermək belə, çox çətindir. Rəşad Sadıqov haqqında yalnız xoş sözlər demək olar. Qurduğu komanda və oyunlardakı nəticələri göz qabağındadır, şərhə ehtiyac belə yoxdur. Məncə, "Zirə" gündən-günə daha yaxşı forma yığır. Bizim üçün qarşıdakı oyun çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, 3 xal əldə edək.

- "Qarabağ"dan ayrılan Donald Gerye haqqında da fikirlərinizi öyrənmək istəyərdik. Qış fasiləsində sizi çətin durumda qoymasını necə qarşıladınız?
- Belə şeylər haqqında danışmağı xoşlamıram. Çünki ən yaxşı izahı baş məşqçimiz Qurban Qurbanov vermişdi. Məncə, Donald bu hərəkəti etməməli idi: istər "Qarabağ"a, istərsə də oyunçulara qarşı. "Qarabağ" bundan artıq hörmətə layiqdir. Bilmirəm ki, onun haqqında nə deyim. Amma düşünürəm ki, bu kollektiv, azarkeşlər və komanda daha çox hörmətə və diqqətə layiqdir. Gerye və digər futbolçular buna çox ciddi diqqət yetirməlidirlər. Bu komandanın məsuliyyəti dərk edilməlidir. Həyatda belə şeylər olur: bəzən komandaya qarşı bu cür diqqətsizlik edəndə baş məşqçi digər alternativlər axtarır, futbolçu isə komandasını dəyişmək istəyir. Ona gələcək karyerasında uğurlar arzulayıram.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X