Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:
I Divizionun XV turunun "Keşlə-2” – "Zaqatala” oyununda "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XV turun "Turan Tovuz” – "Kəpəz” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
XV turun "Neftçi-2” – "Qaradağ Lökbatan” oyununda "Neftçi-2” klubunun 87 nömrəli futbolçusu Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
"Neftçi-2” klubunun 65 nömrəli futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimələnir;
"Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Fanat.Az