Futbol üzrə Serbiya milli komandasının heyəti açıqlanıb.
Fanat.Az-ın saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkanlılar martda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib.
Yığmanın baş məşqçisi Draqan Stoykoviçin yetirmələri gələn ay seçmə mərhələnin üç matçına çıxacaq. Serbiyalılar ayın 24-də İrlandiyanı, 27-də Portuqaliyanı qəbul edəcək, 30-da Bakıda millimizlə görüşəcək.
Serbiya millisi: Predraq Raykoviç, Marko Dmitroviç, Borçe Nikoliç, Stefan Mitroviç, Nikola Milenkoviç, Uroş Spayiç, Miloş Velkoviç, Straxinya Pavloviç, Marko Petkoviç, Milan Qayiç, Filip Mladenoviç, Mixaylo Ristiç, Saşa Lukiç, Uroş Raçiç, Nemanya Maksimoviç, Nemanya Qudel, Nemanya Radoniç, Duşan Tadiç, Nenad Krstiçiç, Sergey Milinkoviç-Saviç, Filip Buriçiç, Darko Lazoviç, Marko Qrujiç, İvan İliç, Andriya Jivkoviç, Filip Kostiç, Aleksandr Mitroviç, Luka Yoviç, Duşan Vlahoviç, Borçe Despotoviç