Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 9-da keçiriləcək Moldova - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Polşadan olan referilərin idarə edəcəyi görüşün UEFA nümayəndəsi serb Zoran Dimiç olacaq.
Qeyd edək ki, Çoresku İdman zalında keçiriləcək oyuna saat 20:30-da start veriləcək.
AÇ-nin seçmə mərhələsi
9 mart
Moldova - Azərbaycan
Hakimlər: Damian Qrabovski (Polşa), Dominik Çipinski (Polşa), Viktor Bugenko (Moldova)