Azərbaycan Birinci Divizionunda 16-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş reallaşıb.
"Turan Tovuz” "Neftçi”nin əvəzediciləri ilə matçda xal itirib və liderliyi əldən verib.
"Sabah”ın əvəzedici komandası isə "Qaradağ Lökbatan”a uduzub. Halbuki, bu oyunda "Sabah”ın əsas komandasının hücumçusu Ramil Şeydayev də heyətdə olub. Lakin millimizin forvardı qırmızı vərəqə alaraq "Sabah”ı azlıqda qoyub. Ramil qovulandan sonra iki qol vuran "Qaradağ Lökbatan" say üstünlüyündən inamla faydalanaraq qələbə qazanıb.
Birinci Divizion
16-cı tur
6 mart
Turan Tovuz – Neftçi-2 2:2
Qollar: Elçin Qasımov, 44. Nurlan Şabanov, 78 – Asim Əlizadə, 45+1-pen. İsmayıl Zülfüqarlı, 65.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 13:00.
Sabah-2 – Qaradağ Lökbatan 1:2
Qollar: Kamran Quliyev, 17 – Sabir Allahquliyev, 75. Əbdulkərim Ağamalıyev, 83.
Qırmızı vərəqə: Ramil Şeydayev, 63 ("Sabah-2”).
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.
Turun digər oyunları:
MOİK – Keşlə-2 3:3
Zaqatala – Sumqayıt-2 2:0
Qarabağ-2 – Kəpəz 1:1