İspaniya La Liqasında XXVI turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün diqqətlər Madridə yönələcək.
Derbidə paytaxt klubları "Atletiko” və "Real” üz-üzə gələcək. "Atletiko"nun "Vanda Metropalitano" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 19:15-də başlayacaq.
Qeyd edək ki, hazırda 24 oyuna 58 xal toplayan "Atletiko” turnir cədvəlinin şəriksiz lideridir. "Barselona” (26 oyun) 56 xalla 2-ci, "Real” (25 oyun) 53 xalla 3-cüdür.