"Barselona"nın prezidenti vəzifəsinə yenidən seçilmiş 58 yaşlı hüquqşünas Joan Laporta argentinalı hücumçu Lionel Messinin komandadakı gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, prezident argentinalı ulduza zəng edəcəyini bildirib:
"Messiyə zəng vuracam. Mən Leonu qalmağa inandıra biləcəyəmmi? Bu ondan asılı olacaq, mən onun "Barsa”da qalması üçün öz gücüm və klubun iqtisadi imkanları çərçivəsində hər şeyi edəcəm".
Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatır. Cari mövsümdə 33 yaşlı hücumçunun komandadakı hesabında 34 matçda 24 qol və 11 məhsuldar ötürmə var.