Futzal millmiz bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 3-cü qrupda yer alan Azərbaycan yığması Moldova seçməsinin qonağı olub. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayıb.
Joze Alesionun başçılıq etdiyi kollektiv qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi.
Oyun yetərincə maraqlı alınıb. 3 oyundan sonra 9 xalla qrup lideri olan təmsilçimiz 4 xalla 3-cü pillədə qərarlaşan rəqibin sürpriz etməsinə imkan verməyib. Qonaq qismində 5:3 hesabıyla qalib gələn Joze Alesionun yetirmələri maksimum nəticə ilə qrup liderliyini təmin edib və final mərhələsinə yüksəlib.
Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci, Moldova 4 xalla 3-cü pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.
Avropa çempionatı
Seçmə mərhələ
3-cü qrup
Moldova - Azərbaycan 3:5
Qollar: A.Laşku, 32. S.Nikolayçuk, 36. A.Neqara, 37 – H.Ahmadi, 7. Vassura, 23; 36. R.Çovdarov, 28. Y.Kojokaru, 35-öz qapısına.
Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova).
Çoresku, "FMF Arena".
Moldova: 1. Oleq Çitoroaqi (GK), 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (K), 12. Sergey Burduja (GK), 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara
Baş məşqçi: Vladimir Vusatıy
Azərbaycan: 12. Rövşən Hüseynli (GK), 3. Bolinha, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 16. Fineo De Araujo, 19. Cavad Məmmədov (GK), 13. Qalo, 10. Vassoura, 5. Amir Shojaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi
Baş məşqçi: Joze Alesio Da Silva