"Neftçi" iki əsas futbolçusunun xidmətindən məhrum olub.
Fanat.Az xəbər verir ki, kapitan Emin Mahmudov və seneqallı legioner Mamadu Mboc sarı vərəqə limitini doldurub. Premyer Liqanın XIX turunun "Keşlə" ilə oyununda qeyri-idman hərəkətləri səbəbindən cəzalanan futbolçular mövsüm ərzində 4-cü dəfə "sarı" alıb.
Bu səbəbdən onlar XX turun "Səbail"lə oyununu buraxacaqlar.