UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş reallaşıb.
"Borussiya” (Dortmund) "Sevilya”nı qəbul edib. Tərəflərin ilk matçı almanların 3:2 hesablı qələbəsiylə bitmişdi. Cavab oyunu bərabərliklə sona çatdığından "arılar" 1/4 finala yüksəlib.
İtaliyada isə "Yuventus” Portuqaliya "Portu”sunu sınağa çəkib. İlk oyunda rəqibinə 1:2 hesabıyla uduzan "qoca sinyora” mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi. Görüşün 54-cü dəqiqəsində iranlı Mehdi Taremi ikinci sarı vərəqəni alaraq qonaqları azlıqda qoyub. Say üstünlüyü qazanan "Yuve" oyunun əsas hissəsində işinin öhdəsindən gələ bilməyib. Tərəflər əlavə vaxtda hərəyə bir dəfə fərqləndiyindən səfərdə 2 qol vuran qonaqlar 1/4 finala çıxıb.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart
"Borussiya" (Dortmund) - "Sevilya (İspaniya) - 2:2
Qollar: Holand, 35; 54 – En Nesiri, 69-pen; 90+6.
Dortmund, "Siqnal İduna Park". Baş hakim: Cüneyt Çakır (Türkiyə)
(ilk oyun - 3:2)
"Yuventus" (İtaliya) – "Portu" (Portuqaliya) - 3:2
Qollar: Kyeza, 49, 63; Rabio, 117 – S.Oliveyra, 19-pen. ; 115.
Turin, "Alyans Arena”. Baş hakim: Byorn Keypers (Niderland)
(ilk oyun - 1:2)