İtaliyanın "Spetsiya” klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə virusa yoluxan futbolçunun adı açıqlanmayıb və onun karantinə alındığı bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Spetsiya”da qapıçı İvan Provedeldə də koronavirus aşkarlanmışdı.
Fanat.Az