19:44 09.03.2021 933

Qurban Qurbanov: "Bu sualı mənə yox, Rəşada verin"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə”yə qarşı keçirdikləri matçı şərh edib.
 
Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Vacib oyun idi və vacib qələbə qazandıq. Hər iki komanda istəkli idi. Hesabda 2:0 öndə olsaq da, ikinci hissə çətin oldu. Həm oyundan, həm də nəticədən razı qaldım. Oyunun tempinin düşməməsi futbolçulara yaxşı təsir edəcək. Rəqibə uğurlar arzu edirəm. "Zirə"yə qarşı oynamaq asan deyil.
 
- Xayme Romeronun zədəsi ciddidir?
- Hələ bilinmir. Ciddi olmaya bilər. Tam dəqiq cavab verə bilməyəcəm.
 
- Abdullah Zubir nə üçün əsas heyətdə deyildi?
- Zubir neçə gün idi özünü yaxşı hiss etmirdi. Ona görə bu gün ehtiyatda başladı.
 
- Çempionluq şansınızı necə dəyərləndirirsiz? 
- Hər oyun bizim üçün vacibdir. Çempionluq üçün mübarizə aparırıqsa, qazanılan hər xal vacibdir. "Neftçi" ilə illərdir rəqabətdəyik. Bu il çox ciddi mübarizə gedir. Qarşıdakı oyunlarda hamı xal itirə bilər. Son tura qədər mübarizə aparacağıq. Qismət olarsa, çempionluq bizim olacaq.
 
- Rəşad Sadıqovun komandası bu gün sizə qarşı çox aqressiv idi. Bu, sizdə hansı hisslər yaradırdı?
- Biz Rəşadla özümüz futbol oynayanda bir-birimizə qarşı olanda da aqresivlik olurdu. Rəşadın komandası aqressivdir. "Qarabağ"a qarşı oyunlarda komandalar özünü yaxşı tərəfdən göstərmək istəyir. Rəşad məşqçiliyə başlayandan çempionat daha fərqli olub. Aqressiya, dinamika artır. O, mənə nəyisə göstərmək üçün etmir. Sadəcə, nəyi doğru bilirsə, onu edir.
 
- Son turda "Neftçi" - "Qarabağ" matçı var. Həmin oyunda çempion bəlli olsa, maraqlı olmazmı?
- Futbolda mübarizə bir oyuna görə həll olunmur. Hər oyun bizim üçün vacibdir. Heç vaxt arzulamırsan ki, son oyunda nəsə olsun. Düşünmədiyimiz şeylər ola bilər, bu haqda düşünməyimiz tezdir. Bundan sonrakı oyuna köklənirik.
 
- Məşqçi kimi yox, ata kimi Musanın oyununu necə dəyərləndirirsiz?
- Bu sualı mənə yox, Rəşada verin. Mənim diqqətim öz komandamda idi. Musa hələ üzərində çox işləməlidir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

Facebookdan bizi izləməyi unutmayın.
X