"Everton” klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.
Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, soyğunçular cinayəti futbolçu və ailəsi evdə olarkən törədib.
Quldurlar ailəni hədələyərək bahalı zinət əşyaları və saatlar oğurlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Robin Olsen icarə əsasında "Everton”da çıxış edir. 31 yaşlı futbolçu müqavilə ilə İtaliyanın "Roma” klubuna məxsusdur.