İngiltərə Premyer Liqasında 33-cü turun bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, təqvimin önə çəkilmiş oyununda "Mançester Siti” öz meydanında "Sauthempton”la üz-üzəgəlib.
"Şəhərlilər” 7 qolun qeydə alındığı bu oyunda darmadağına seviniblər.
Bu qələbə sayəsində xal hesabını 68-ə çatdıran "Mançester Siti” zirvədəki mövqeyini daha da möhkəmləndirib. "Sauthempton” isə 33 xalla 14-cü sırada qərarlaşıb.
İngiltərə Premyer Liqası
33-cü turun oyunu
10 mart
Mançester Siti – Sauthempton 5:2
Qollar: De Breyne, 15; 59. Mahrez, 40; 55. İ.Gündoğan, 45+3 - Uord-Prouz, 25-pen. Adams, 56.