İspaniya La Liqasının 18-ci turdan təxirə salınmış "Atletiko" - "Atletik" matçı (2:1) meydan sahiblərinin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, o, komandanın sükanı arxasında 309-cu qələbəsini qazanıb ki, bu da argentinalı mütəxəssisin klub tarixində yeni rekordu olub.
"Atletiko" 62 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi ən yaxın izləyicisi "Barselona"nı 6 xal qabaqlayır.
Fanat.Az