Türkiyənin "Gənclərbirliyi" klubu yeni baş məşqçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi tvitter hesabında məlumat yazılıb.
Xəbərə görə, Mehmet Altıparmakdan boş qalan postu Özcan Bizati təhvil alıb. 53 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Gənclərbirliyi" ölkə çempionatında 27 turdan sonra 21 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.
Fanat.Az