Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Bu ada namizədlər sırasında Niderlandın "Ayaks" klubundan Duşan Tadiç, İngiltərə "Tottenhem"indən Harri Keyn, İspaniya "Qranada"sından Roberto Soldado və İtaliya "Roma"sından Lorentso Pelleqrini yer alıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az