"Real"ın müdafiəçisi Serxio Ramos Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Holand və onun PSJ-dəki həmkarı Kilian Mbappenin Madrid klubuna mümkün transferindən danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" Ramosun söylədiklərini belə çatdırıb:
"Hər şeyi götür-qoy etsək, klubun maliyyə durumuna baxsaq, bu gün "Real" üçün Holandı transfer etmək daha əlçatan görünür. Kilian haqda Messi və Ronaldunun davamçısı kimi danışırıqsa, onu almaq çox çətin məsələdir.
Holand kimi "9 nömrə" ilə güclənmək pis olmazdı. Bizə sürətli və qələbəyə ac qoleador lazımdı. Əlbəttə, Mbappe də əla hücumçudur. Amma söylədiyim kimi, Holandın alınması daha realdır".