DÇ-2022-nin seçmə mərhələ oyunu Malta - Rusiya görüşünun keçirilməsi sual altına düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə Malta mətbuatı məlumat yayıb.
Xəbərə görə, Maltada pandemiyaya görə bütün idman tədbirləri aprelin 11-dək qadağan olunduğu üçün sözügedən qarşılaşma baş tutmaya və ya başqa ölkədə keçirilə bilər.
Malta Futbol Federasiyası hökumətdən bu oyun üçün istisna tətbiq olunmasını xahiş edib. Lakin hələlik məsələ ilə bağlı yekun qərar verilməyib.
Qeyd edək ki, Malta – Rusiya matçı martın 24-də keçirilməlidir. Sözügedən komanda martın 27-də Slovakiyanın, 30-da isə Xorvatiyanın qonağı olacaq.
Fanat.Az