İtaliyanın "Sampdoriya” klubu futbolçusu Valerio Verre ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi ilə sözləşmə 2025-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Verre 2017-ci ildən "Sampdoriya”nın uğurları üçün çalışır. İtalyan futbolçu karyerası ərzində "Syena”, "Palermo”, "Peruca”, "Peskara” və "Verona”da da forma geyinib.
Fanat.Az