Bəynəlxalq dərəcəli futbol hakimi Orxan Məmmədov karyerasını bitirir.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının XX turunda keçiriləcək "Qarabağ” - "Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq.
Bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/22 mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat alacaq.
Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FIFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol