Birinci Divizionda 17-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
"Qarabağ”ın əvəzediciləri səfərdə "Keşlə″nin ikinci komandası üzərində qələbəyə sevinib. "Sumqayıt”ın əvəzediciləri isə MOİK-ə uduzub.
Bu gün keçirilməli olan "Turan Tovuz” – "Sabah-2” matçı güclü qara görə təxirə salınıb. Qarşılaşma sabah keçiriləcək.
Birinci Divizion
17-ci tur
12 mart
Sumqayıt-2 – MOİK 0:1
Qol: Əlibəy Məmmədli, 44.
Qırmızı vərəqə: Ramil Orucov, 80.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Rəhman İmami, Fərid Hacıyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.
Keşlə-2 – Qarabağ-2 0:1
Qol: Nihad Quliyev, 73-pen.
Qırmızı vərəqə: Fərid Nadirov, 90+2.
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
"ASK Arena”, 15:00.