16:42 13.03.2021 921

"Turan Tovuz"dan Adil addım

"Daha Tovuzda heç kim övladını futbola getməyə qoymur". Bu sözlər tovuzlu məşqçilərdən birinə aiddir. 3 il əvvəl Tovuzda uşaq futbolunun vəziyyəti ilə maraqlananda həmin məşqçi uşaq çatışmazlığından, oyunlara futbolçu tapmadığından gileylənərək, artıq, valideynlərin övladlarını futboldan uşaqlaşdırdıqlarını söyləmişdi. Həqiqətən, həmin vaxt rayonda futbol adına mənzərə acınacaqlı idi. "Turan Tovuz"un futbol akademiyasında 3-4 yaş qrupu üzrə məşqlər keçirilsə də, futbolçu yetişdirmək sarıdan, nəticə baxımından uğur əldə olunmurdu. Aşağı yaş qrupu komandaları liqalarda iştirak xatirinə iştirak edirdilər. Çətinliklərə rəğmən barmaqla sayılası qədər istedadlı futbolçular üzə çıxırdı ki, onlar da Qəbələyə və Bakıya - daha yaxşı şəraitli akademiyalara üz tuturdular. Təsadüfi deyil ki, son bir neçə ildə Tovuzda Premyer Liqa səviyyəsində adi bir futbolçu belə yetişməyib. 3 il əvvəl vəziyyətin düzələcəyinə heç kimdə inam yox idi. İndi isə...

Deyəsən, Tovuz futbolunda yavaş-yavaş dirçəliş hiss olunur. Yanvarda "Turan Tovuz" Futbol Akademiyasının istifadəyə verilməsi nəinki Tovuzda, eyni zamanda, qərb bölgəsində futbolun inkişafı baxımından əhəmiyyətli bir addımdı. Üstəlik, "Turan Tovuz" növbəti mövsüm Premyer Liqada oynayacağı təqdirdə bölgədə futbolun daha da inkişaf edəcəyinə inam çoxalır. Yeni akademiya fəaliyyətini hansı yöndə quracaq? Hələ ki burada aşağı yaş millilərimiz təlim-məşq toplanışı keçirlər. Klubun akademiyasında işlərə isə yaxınlarda start veriləcək və ondan sonra akademiyanın iş planı bəlli olacaq. Artıq, dünən akademiyanın koordinatoru ictimaiyyətə təqdim olundu. Bu, "Zirə"dən yaxşı tanıdığımız Adil Şükürovdu. Bu dəfə adət etdiyimiz kimi, klubların futbol akademiyasına əcnəbi deyil, yerli mütəxəssisin təyin olunması alqışlanası addımdı. Buna görə AFFA-ya da, klub rəhbərliyinə də ancaq təşəkkür düşür. Bəs kimdir Adil Şükürov? Tovuzda və bölgədə uşaq futbolunun inkişafına, yenidən dirçəlməsinə nail ola biləcəkmi?

 

Futbolçu olduğu dönəmdə bir çox komandaların formasını geyinmiş A.Şükürov 1 oyunda millinin şərəfini qoruyub. 2008-ci ildə futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. İlk iş yeri respublikada ən yaxşı 2 akademiyadan biri olmuş "Bakı" FK-nun akademiyası olub. Müxtəlif yaş qrupları ilə çalışan gənc məşqçi burada olduğu 7 il müddətində məşqçiliklə yanaşı, həm də akademiyada iş prinsipini öyrənə bilib. 2015-ci ildə Premyer Liqaya yeni yüksələn "Zirə"nin baş məşqçisi postuna gətirilib və ilk ildəcə komandası çempionatın gümüş medallarına sahib çıxıb. Bu, "Zirə"nin indiyə kimi qazandığı ən böyük uğurudur. 2017-ci ildə komandadan ayrılsa da, "Zirə"də qalıb və "Bakı"da öyrəndiklərini buranın futbol akademiyasında tətbiq etməyə başlayıb. Nəticə özünü çox gözlətməyib. 2 illik fəaliyyəti dövründə "Zirə"nin futbol akademiyası respublikanın ən yaxşılarından biri olub, buradan milli komandalara hər il onlarla futbolçu cəlb edilib. Bu gün "Zirə"nin əsas heyətində tez-tez meydana çıxan 18 yaşlı Cəlal Hüseynovun əsas komandaya yüksəlməsində də Adil Şükürovun əməyi var. Təkcə Cəlal deyil, 2 il əvvəl onunla yanaşı, daha bir neçə 16 yaşlı gənc əvəzedici komandaya qaldırılmışdı. Təəssüf ki, "Zirə"də əvəzedici komandanın ləğv edilməsi həmin gənclərin üzə çıxmasına mane oldu.

A.Şükürovun sonuncu iş yeri "Şüvəlan" olub. Bu komanda 2019-cu ilin yayında tarixin yaddaşına köçdükdən sonra Şükürovun da məşqçilik karyerasında işsiz günlər başlayıb. Doğrudur, Samir Abasovun "Zirə"nin baş məşqçisi postundan istefa verməsindən sonra əksəriyyət Adil Şükürovun yenidən köhnə işinə qayıdacağını düşünürdü. Amma klub rəhbərliyi Zaur Həşimova üstünlük verdi.
Qısası, ilyarımdır işsiz qalan "Pro" kateqoriyalı məşqçimiz yenidən futbola qayıdıb. "Bakı" və "Zirə"nin akademiyalarında, Premyer Liqa və 1-ci Divizionda toplanan təcrübə onun "Turan Tovuz"da uğur qazanacağına zəmin yaradır. Uğur qazanılacağı təqdirdə isə Tovuzda valideynlər övladlarını yenidən futbola getməyə qoyacaqlar.
 
İlqar TAĞIYEV, 525-ci qəzet
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X