Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə "Darmştadt”a 1:4 hesabıyla uduzub.
Dmitri Nazarov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 79-cu dəqiqədə penaltidən Nazarov vurub.
25 turdan sonra 33 xalı olan "Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə mövqe tutub.