Almaniya Bundesliqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 5 duel reallaşıb
"Union Berlin” doğma meydanda "Köln”ü, "Maynts” "Frayburq”u yenibsə, "Volfsburq” "Şalke”yə qol yağdırıb.
Lider "Bavariya” bu turda "Verder” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Dortmund "Borussiya”sı isə "Herta”nı məğlub yola salıb.
Almaniya Bundesliqası
25-ci tur
12 mart
Auqsburq – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Varqas, 52. Rixter, 76. Han, 89 – Noyhaus, 68.
13 mart
Union Berlin – Köln 2:1
Qollar: Kruse, 48-pen. Trimmel, 67 – Duda, 45+2-pen.
Maynts – Frayburq 1:0
Qol: Kayson, 84.
Volfsburq – Şalke 5:0
Qollar: Mustafi, 32-öz qapısına. Veqorst, 51. Baku, 48. Brekalo, 64. Filipp, 79.
Verder – Bavariya 1:3
Qollar: Fullkruq, 86 – Qoretska, 22. Qnabri, 35. Levandovski, 67.
Borussiya (Dortmund) – Herta 2:0
Qollar: Brandt, 54. Mukoko, 90+1.
14 mart
16:30 Bayer – Arminiya
18:30 Laypsiq – Ayntraxt (Frankfurt)
21:00 Ştutqart – Hoffenhaym