18:00 14.03.2021 777

Rəşad Sadıqov: "Mənim komandamda bu tip söhbətlər olmamalıdır"

"Burada səfər oyunu keçirmək hər bir komanda üçün çətin hesab olunur. Rəqibimizin heyətində çoxlu dəyişiklik baş versə belə, bu kollektivin ruhu var. Ona görə hərtərəfli seçilir, fərqlənirlər".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis oyuna pis başlamadıqlarını, lakin meydan sahibləri ilk standart vəziyyətini qolla tamamladıqdan sonra komandasının bir müddət gərginlik yaşadığını və öz oyununu bir qədər itirdiyini bildirib. Onun fikrincə, "Qəbələ" 29-cu dəqiqədə Merab Giqaurinin azlıqda qalması ilə "Zirə" daha üstün oynamağa başlayıb. Lakin bu zaman da rəqibin yenə təhlükəli hücumları yenə qüvvədə olub, əks-hücumlara çıxıblar.

"Sona doğru çalışdıq ki, böyük qüvvə ilə hücuma atılaq. Bu məqsədlə ön xətdəki oyunçularımızın sayını artırdıq. Hətta stopperimiz Nemanya Ancelkoviçi də hücuma göndərdik. Vurmaya da bilərdik, amma sevindirici haldır ki, vura bildik" deyən Sadıqov çox önəmli oyunda hesabda geri düşdükdən sonra 1 xal qazandıqlarını vurğulayıb: "Burada uduzmamaq bizim üçün çox önəmli idi. Ən azı "Sumqayıt" və "Qəbələ" ilə xal fərqimizi saxladıq. Avrokubok zonasına düşmək baxımından da bu oyunda uduzmamaq çox vacib idi".

Baş məşqçi müdafiə xəttindən narazılığını gizlətməyib: "Hesabda geri düşdükdən və rəqib azlıqda qaldıqdan sonra məcburən hücumda oyunçularımızın sayını artırdıq. Çünki bizə həm qol vurmaq lazım idi, həm də say üstünlüyümüz yaranmışdı. Böyük qüvvə ilə irəli atıldıq. "Qəbələ" çempionatda hücumları, xüsusən, əks-hücumları ilə çox məşhurdur. Nəticədə rəqibin əks-hücumları ilə qarşılaşdıq. Əvvəlki oyunlarda daha çox səliqəli müdafiə olunur, qapanır, qol fürsəti vermirdik. Amma bu gün ikinci hissənin 15-20 dəqiqəsi ərzində rəqibin bir neçə təhlükəli əks-hücumu oldu. Yaxşı ki, bir epizodda qapıçımız Mateus Albino inamlı oynadı, digərlərində rəqib dəqiq olmadı. Bizim də qol epizodları var idi. Bu gün uduza da bilərdik. Ümumən götürsək, komandamın müdafiə olunmasından razı deyiləm. Çünki əvvəlki oyunlarla müdafiədə qapımızda qol vəziyyətləri veririk".

Sadıqov oyunun sonlarında meydanda baş vermiş insidentə də aydınlıq gətirib: "Orada anlaşılmazlıq oldu. Orada futbolçumuz İlkin Muradov kiməsə söz deyirdi, səhv anlaşıldı. Əslində mən belə halların tərəfdarı deyiləm. Oyun zamanı oyunun içində olmalısan. Uzatma dəqiqələrində hesabda geridə olmaq futbolçuları gərginləşirlər. Hardasa anlayışla qarşılayıram, amma mən belə şeyləri sevmirəm. Mütləq bu yöndə bəzi tədbirlər, söhbətlər olacaq. Əslində bunları edirik də. Amma sonda baxırsan ki, eyni futbolçularda təkrarlanır. Bəlkə də xarakterlə bağlıdır. Amma yenə də bu yöndə işlərimizi aparacağıq. Mənim komandamda bu tip söhbətlər olmamalıdır. Nə olursa-olsun, mütləq futbola köklənmək lazımdır".

Gənc mütəxəssis oyun vaxtı ehtiyat oyunçular skamyasından gələn səslərin hakimlikdən narazı qalmaları anlamına gəlməməsinin vacibliyini dilə gətirib: "Hakimliyin bərbad olması fikri ilə razı deyiləm. Sadəcə, 8 komandanın hamısı etiraz edir. İndi tribunalar boş olur. Amma hətta 100-200 azarkeş olanda da meydandan səs o qədər də eşidilmir, etirazlar gözə girmir. O gün Çempionlar Liqasının İtaliya "Yuventus"u ilə Portuqaliya "Portu"sunun oyununa baxıram. Bir epizodda "Yuventus", digərində "Portu" tərəfdən səs gəlir. Yəni, komandalarımızın hamısı oyun epizodlarında etiraz edir. Amma ümumən, hakimlikdən narazılıq üçün elə bir məqam yoxdur". (report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X