18:06 14.03.2021 794

Elmar Baxşıyev: "Hakimlər “Qəbələ”dən nə istəyir?"

"Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, rəqibin heyətində səviyyəli futbolçular olan yaxşı komandadır. Futbolçuların çıxışından ümumilikdə razı qaldım. Komanda xarakter göstərdi və azlıqda qalmasına baxmayaraq rəqibə layiqli müqavimət göstərdi. Sadəcə, son saniyələrdə qol buraxmağımız xal itkisinə gətirib çıxardı. Bu komandada xarakter var. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldıracağıq”.

Bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis hakimlik barədə də fikirlərini bildirib: "Yenə hakimlik mövzusuna qayıtmaq istəyirəm. Hər oyunumuzda hakimlər hər şey edirlər ki, nəticəyə təsir etsinlər. Mən daim komanda ilə ünsiyyətdə oluram. Futbolçuları başa sala bilmirəm ki, hakimlər "Qəbələ”dən nə istəyir? Əgər matçdan öncə nəticənin heç-heçə bitməli olduğunu bilirlərsə, gəlib bizə də desinlər. Əsəb keçirməyib, rahat oyunumuza baxaq.

Futbol ədalətliliyi sevir. "Zirə”nin əməyini danmaq istəmirəm. Rəşad Sadıqov komandada yaxşı işlər görür. Oyunları bir-bir də saya bilərəm. "Neftçi” ilə görüşdə İnqilab Məmmədov hiss etdirdi ki, rəqibə simpatiyası var. "Sumqayıt”la matçda hakim gözünün qabağındakı penaltini vermir, gözləyir ki, nə isə olsun. Sonda komanda qol buraxır. Bizə də çox çətindir. Gənc məşqçiyəm, yeni başlamışam. Lakin komandamıza başa sala bilmirəm ki, rəqiblə mübarizə aparın, hakimlərlə yox.

Hər qarşılaşmada görürük ki, rəqib qalıb, hakimlərlə mübarizə aparmalı oluruq. Həmin epizoddan bir oyunda 10 dəfə rast gəlinir. Standart vəziyyətdə müdafiəçi ilə hücumçu kontaktda olur. Hər dirsək eyni olmur. Əlinin qalxmasına da baxın, dirsək vurmasına da. Tutan oyunçunu necə etməlisən? Məncə, qırmızı deyildi. Dirsəyə görə baxırsızsa, oyun ərzində belə epizodlar çox yaranır ki, əl üzə dəyir. Matçın sonlarında Yurgen Qocanın üzünə şillə vurdular, hakim heç görmədi.

Futbolu birtərəfli etmək lazım deyil. Simpatiya hiss edilir. Matçın 90+6-cı dəqiqəsində hücuma çıxırıq, cərimə verməyib, üstünlüyə buraxırsa, bunun heç niyyəti yoxdur. Mən onların qərarlarını başa düşmürəm. Sualları mənə yox, hakimlərə vermək lazımdır. Referi "Sumqayıt”la görüşdə iki penaltini vermir, soruşanda da görmədiyini deyir. Hamı görür, bunlardan başqa. Bizlə onlar fərqli baxır, epizodu ayrı görür. Ədaləti qorusalar, daha yaxşı olar”.(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

Facebookdan bizi izləməyi unutmayın.
X