Tovuzda "Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Birinci Divizion təmsilçisi "Kəpəz”lə qarşılaşan millimiz 0:1 hesabı uduzub.
Gəncədə reallaşan oyunda "sarı-göylər"in qələbə qoluna ikinci hissənin əvvəlində Novruz Məmmədov imza atıb.