A Seriyasında 27-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə beş görüş keçirilib.
Lider "İnter” səfərdə "Torino”nu, ÇL-də mübarizəni dayandıran "Yuventus” "Kalyari”ni yenib.
"Milan” doğma meydanda "Napoli”yə uduzubsa, "Parma" evdə "Roma"ya qalib gəlib. "Bolonya" da turu qələbə ilə başa vurmağı bacarıb.
İtaliya A Seriyası
27-ci tur
14 mart
Bolonya – Sampdoriya 3:1
Qollar: Barrou, 27. Svanberq, 41. Soriano, 70 – Kvalyarella, 37.
Parma – Roma 2:0
Qollar: Mihaila, 9. Hernani, 55-pen.
Torino – İnter 1:2
Qollar: Sanabriya, 70 – Lukaku, 62-pen. L.Martines, 85.
Kalyari – Yuventus 1:3
Qollar: Simeone, 61 – Ronaldo, 10; 25-pen; 32.
Milan – Napoli 0:1
Qol: Politano, 49.