Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Fanat.Az xəbər verir ki bununla da "Magnus Carlsen Invitational" adlanan yarışda ilkin mərhələyə yekun vurulacaq.
Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son 5 görüşə çıxacaq. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
İkinci yarış günündən sonra Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Turnir cədvəlinə 8 xalla Aniş Giri başçılıq edir.
"Magnus Carlsen Invitational"
15 mart
XI tur
Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)
David Anton (İspaniya) - Teymur Rəcəbov
XII tur
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Nils Qrandelius (İsveç)
XIII tur
Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov
XIV tur
Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya)
XV tur
Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ)
Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Fanat.Az