"Sumqayıt"ın milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövrü üçün hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Ayxan Abbasovun komandası toplanışa martın 17-dən etibarən "Kapital Bank Arena" start verəcək.
"Sumqayıt" hazırlıq dönəmində 21 və 28 mart tarixlərində iki yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi barədə hələlik məlumat verilməyib.
Fanat.Az