İngiltərə Premyer Liqası klubların növbəti dəfə koronavirus testindən keçib.
Fanat.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 8-14 mart aralığında 2664 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin nəticəsinin müsbət olduğu bildirilib.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.
Fanat.Az