Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsi üçün təlim-məşq toplanışına başlayıb.
Fanat.Az xəbər verir ki, toplanış dünəndən başlayıb və martın 30-na qədər davam edəcək.
Canni De Byazi qarşıdakı Portuqaliya, Qətər və Serbiya ilə qarşılaşmalar öncəsi futbolçulara danışmaq üçün qadağa qoyub. Onların mətbuata açıqlama və ya müsahibə verməsi qadağan edilib.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyadakı "Yuventus” stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdei” stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. (Futbolinfo.az)
Fanat.Az