İspaniya La Liqasında 2-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Sevilya” "Elçe”ni qəbul edib.
Əndəlüs təmsilçisi qələbə qazanaraq xal hesabını 54-ə çatdırıb.
"Sevilya” türnir cədvəlində 4-cü pillədə möhkəmlənibsə, 24 xalı olan "Elçe” 17-ci yerdədir.
İspaniya La Liqası
2-ci turun oyunu
17 mart
Sevilya – Elçe 2:0
Qollar: En Nesiri, 43. F.Vaskes, 89.