Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Seçim Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan Mislav Orşiç, İspaniya "Vilyarreal"ından Jerar Moreno, İtaliya "Roma"sından Borxa Mayoral və Niderland "Ayaks"ından David Neres iarasında aparılacaq.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az