I divizionda XVIII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
Lider "Turan Tovuz" öz meydanında "Zaqatala"nı qəbul edib. Qonaqlar 3:1 hesablı qələbə qazanaraq liderliyi ələ keçirib.
MOİK - "Qaradağ Lökbatan" matçında isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, ötən gün "Kəpəz" "Keşlə-2"yə 3:1 hesabı ilə qalib gəlib, "Qarabağ-2" - "Sumqayıt-2" oyununda hesab açılmayıb. Turun son oyunu martın 20-də "Sabah-2" və "Neftçi-2" arasında baş tutacaq.