"Qəbələ"nin keçmiş məşqçisi Yuri Baturenko özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə Volqoqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 56 yaşlı mütəxəssis Rusiyanın "Rotor" futbol komandasının sükanı arxasına keçib.
O, yeni vəzifədə Aleksandr Xatskeviçi əvəzləyib. Klubun baş direktoru Andrey Rekeçinskinin sözlərinə görə, baş məşqçi seçimində ilk növbədə, komandanın oyununu qaydasına sala və kollektiv formalaşdıra bilən şəxsə üstünlük verilib: "Bu baxımdan, Baturenko bizim üçün optimal variantdır. O, Yuri Syominlə çiyin-çiyinə çalışıb, birgə döyüşkən komandalar qurublar. Bundan başqa, bizim futbolçular yeni baş məşqçimizə tanışdır. Bu da digər oyunçularla dil tapmaqda kömək edəcək".
Qeyd edək ki, Yuri Baturenko Yuri Syominin köməkçisi kimi Rusiyanın "Lokomotiv", "Mordoviya" və "Anji" komandalarında da çalışıb. Onlar 2013/2014 mövsümündə "Qəbələ"də ikən Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olublar.
Fanat.Az