Türkiyənin "Kayserispor” klubu yeni baş məşqçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Super Liqa təmsilçisi Hamza Hamzaoğlu ilə müqaviləyə imza atıb. Ancaq 50 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
2014/15 mövsümündə "Qalatasaray”ı çalışdıran Hamzanın son ünvanı "Yeni Malatyaspor” komandası olub.
Qeyd edək ki, "Kayserispor” Super Liqada 16-cı sıradadır.
Fanat.Az