Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "İnhulets”lə qarşılaşıb. Futbolçumuzun komandası 0:1 hesabıyla yenilib.
Paşayevin adı matçın iştirak ərizəsinə salınmayıb.
19 tura 26 xal yığan "Aleksandriya” 14 iştirakçı arasında 7-ci pillədə mövqe tutub.