DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Fanat.Az xəbər verir ki, "Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev zədə səbəbindən İtaliyaya aparılmayacaq.
Millimiz Portuqaliya yığması ilə martın 24-də keçiriləcək görüş üçün sabah - martın 22-də Turinə yola düşəcək.
Seçməmiz martın 27-də Qətər, 30-da Serbiya yığmaları ilə də qarşılaşacaq.