Türkiyə Superliqasında 31-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə dörd görüş reallaşıb.
"Antalyaspor” öz meydanında "Ərzurumspor”u yenibsə, "Alanyaspor” qonaq qismində "Konyaspor”a boyun əyib.
Son çempion "Başakşəhər” Dənizli səfərindən "quru sülh"lə dönüb.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider "Beşiktaş” əzəli rəqiblərindən olan "Fənərbağça”nı qəbul edib. Matç qollu bərabərliklə bitib.
Türkiyə Superliqası
31-ci tur
19 mart
Fatih Karagümrük – Kayserispor 3:0
Qollar: C.Durmaz, 33. Kastro, 58. Sobiex, 86.
Qalatasaray – Rizəspor 3:4
Qollar: Yedlin, 14. E.Akbaba, 31. Y.Meriah, 74-öz qapısına – Samu, 2. Boldrin, 41; 90+2. Şkoda, 54-pen.
20 mart
Gənclərbirliyi – Kasımpaşa 2:1
Qollar: S.Yılmaz, 60; 76 – Y.Erdoğan, 66.
Göztəpə – Sivasspor 3:5
Qollar: Ndiaye, 60. Titi, 66. Diabate, 90+1 – Yatabare, 23; 55. Fajr, 38. Boyd, 41; 45+1.
Yeni Malatyaspor – Qaziantep 2:2
Qollar: G.Güvenc, 37-öz qapısına. A.Büyük, 80-pen – M.Demir, 13. K.Özer, 70-pen.
Trabzonspor – Ankaragücü 4:1
Qollar: Ekuban, 8; 28. Djanini, 30. Edqar, 90+4 – İ.Akdağ, 26-pen.
21 mart
Antalyaspor – Ərzurumspor 3:1
Qollar: Fredi, 54. Bayrakdar, 66. Balçı, 70 – Şaheşuhe, 39.
Konyaspor – Alanyaspor 1:0
Qol: Çikalleşi, 13.
Dənizlispor – Başakşəhər 0:0
Beşiktaş – Fənərbağça 1:1
Qollar: Vida, 48 – O.Tufan, 89.