Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Kokeza özünə qarşı yönələn böhtan və hücumlarla əlaqədar istefa verib. Kokezanın mütəşəkkil cinayət dəstənin üzvü Vleyko Belivukla əlaqəsinin olduğu iddia olunur.
Qeyd edək ki, Kokeza 2016-cı ildən Serbiya Futbol İttifaqının prezidenti idi. Serbiya Futbol İttifaqında yeni prezident seçilənə qədər bu vəzifəni müvəqqəti olaraq vitse-prezident Marko Panteliç yerinə yetirəcək.
Fanat.Az