Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunu öncəsi daha iki futbolçusunu itirib.
Fanat.Az xəbər verir ki, qapıçı Ruy Silva və sol cinah müdafiəçisi Rafael Gerreyru zədə səbəbindən komandanın son məşqə qatılmayıb. Onlar böyük ehtimalla sabahkı ohyunu buraxacaqlar.
Bundan əvvəl Portuqaliya millisinin əsas qolkiperi Ruy Patrisiu və müdafiəçisi Pepe zədəli olduqları üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.