Moldova və Azərbaycan milli komandaları arasında iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Kişinyov şəhərində keçiriləcək matç 1 gün sonra - iyunun 6-da baş tutacaq. Bununla bağlı Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əldə olunub.