"Goal.com" dünyanın ən yaxşı gənc futbolçularının siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahı saytın 44 ölkədə fəaliyyət göstərən jurnalistləri arasında aparılan səsvermə nəticəsində hazırlanıb.
Ən çox səs toplayan "Barselona”nın hücumçusu Ansu Fati növbəti dəfə ən yaxşı gənc oyunçu mükafatına layiq görülüb. İspaniya millisinin üzvünü "Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa izləyib. İlk "üçlüy”ü Dortmund "Borussiya”sında çıxış edən Covanni Reyna qapayıb.
Qeyd edək ki, siyahıda 2002-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular yer alıb.
TOP-10-luğu təqdim edirik:
1. Ansu Fati ("Barselona" - 18 yaş)
2. Eduardo Kamavinqa ("Renn" - 18 yaş)
3. Covanni Reyna ("Borussiya" Dortmund - 18 yaş)
4. Pedri ("Barselona" - 18 yaş)
5. Cud Bellinqhem ("Borussiya" Dortmund - 17 yaş)
6. Florian Uirts ("Bayern" - 17 yaş)
7. Rayan Qravenberx ("Ayaks" - 18 yaş)
8. Camal Musiala ("Bavariya" - 18 yaş)
9. Mohammed İhatteren (PSV - 19 yaş)
10. Reynner ("Borussiya" Dortmund - 19 yaş)