Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 67 yaşlı mütəəssis 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında belə danışıb:
"İlk hissədə oyuna nəzarət tam olaraq bizdə idi. Daha çox qol vura bilərdik. Rəqibin meydanın mərkəzini keçib-keçmədiyini bilmirəm. Top itkilərindən yaxşı istifadə etdik və kompakt oynadıq. Oyun komandamın nəzarəti altında keçsə də, həlledici zərbələrdə dəqiq olmadııq. Bunu yaxşılaşdırmalıyıq. Düzdür, bu gün avtoqolla qələbə qazandıq. Amma daha yaxşı nəticəyə layiq idik”.
Santuş ikinci yarıda yaxşı oynamadıqlarını söyləyib:
"Ötürmələrdə səhvlərə yol verdik. Rəqib heç-heçəyə inanmağa başladı. Məğlubiyyətdən qaçmaq üçün yollar axtarırdılar. 3-4 epizodda qapımıza doğu zərbə vurmalarına imkan verdik. Joau Feliksin meydana çıxmasından sonra isə vəziyyət düzəldi. Bilirdik ki, bu cür oyunlar hər zaman çətin keçir. Fərqli hesabla qalib gələcəyimizi gözləyirdim. Bundan sonra Serbiya millisi barədə düşünə bilərik".

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol