14:30 26.03.2021 787

"AFFA-dan mənimlə əlaqə saxlayan olmayıb" - Filip Ozobiç

"Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsi

- Mövsümün sonuna 8 tur qalır. Nəzərə alsaq ki, hazırda ilk pillədə olan "Neftçi” əvvəlki illərdən daha iddialıdır, bu mövsüm sizin üçün hədəfə çatmağın daha çətin olduğunu demək olar?
- Ümumiyyətlə, Azərbaycan çempionatının qalibi olmaq heç vaxt asan olmayıb. Bu il də istisna deyil. O ki qaldı "Neftçi” ilə mübarizəyə, təkcə bu il deyil, həmişə "Neftçi”nin heyətində yaxşı futbolçular olub. Bu komanda hər zaman təhlükəli rəqibdir.  

- Çempionatın çox hissəsi geridə qalıb. Baş məşqçiniz Qurban Qurbanov getdikcə futbolçulardan daha çoxunu tələb edirmi?
- Qeyd etdiyiniz kimi, mövsümün sonuna 8 tur qalıb. Ancaq biz 8 oyunu yox, sırf qarşıdakı matçı düşünürük. Rəqibin kimliyindən asılı olmayaraq, növbəti oyunda qələbə qazanmağı hədəfləmişik. Baş məşqçimiz isə həmişə bizim performansımızın yüksək olmasını tələb edir.

- Millimizin heyətində "Qarabağ”dakı komanda yoldaşlarından bir neçəsi çıxış edir. Komandamızın Portuqaliya ilə oyunu Sloveniya – Xorvatiya matçı ilə eyni vaxtda başladı. Hansı oyunu izlədin?
- Demək olar ki, hissə-hissə hər iki qarşılaşmaya baxdım. Bir qədər Sloveniya – Xorvatiya oyununa, bir az da Portuqaliya – Azərbaycan matçına baxırdım. Azərbaycan millisinin qarşısında son Avropa çempionu olsa da, yaxşı mübarizə apardı.

-  Qapıçımız Şahrudddin Məhəmmədəliyev Kriştiano Ronaldonun da çıxış etdiyi görüşdə matçın ən yaxşısı oldu. Onun inamlı çıxışı haqda fikirlərini bilmək istərdik.
- Şahruddin bütün mövsüm ərzində yüksək səviyyədə oyun nümayiş etdirir. Hələ məşqlərdə göstərdyi performansı demirəm. Onu da bildirim ki, Şahruddin əla qapıçı olmaqla yanaşı, həm də çox yaxşı, dəyərli bir insandır.

- 2017-ci ildə yoxlama görüşü üçün Xorvatiya millisinə dəvət aldın, ancaq daha sonra çağırılmadın. Bunun səbəbini nədə görürsən?
- Xorvatiya millisi dünyanın ən güclülərindən biridir və ora dünyanın ən güclü liqalarında çıxış edən futbolçular dəvət alır. Ona görə də Xorvatiya millisinə düşmək çox çətindir.

- Ümumiyyətlə, hazırkı Azərbaycan çempionatındakı oyunlarla Xorvatiya millisinə dəvət almaq mümkündür?
- Futboldur, hər şey baş verə bilər. Ancaq bayaq qeyd etdiyim kimi, Xorvatiya millisinə cəlb olunmaq çox çətindir. Mən hazırda bu haqda düşünmürəm. Bütün diqqətimi çempionatın son 8 oyununa yönəltmişəm.

- Xorvatiya mətbuatı xəbər yaymışdı ki, bu ildən Azərbaycan millisinə dəvət oluna bilərsən. Belə bir variant var? AFFA-dan təklif gəlib?
- Bu məsələ ilə bağlı mənimlə heç kim əlaqə saxlamayıb. İstər AFFA olsun, istərsə də digər qurumlardan. Mənim Azərbaycanda çıxış etməyimin 5 ili hələ yayda tamam olacaq. Buna görə də diqqətimi "Qarabağ”ın oyunlarına yönəltmişəm.
 
Mənbə: Qol.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X