DÇ-2022-nin seçmə mərhələsinin Albaniya – İngiltərə görüşü yerli polisin təhlükəsizlik tədbirlərinə zəmanət vermədiyi üçün ləğv oluna bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Albaniya Futbol Assosiasiyası (AFA) rəsmi saytı məlumat yayıb.
Federasiyadan bildirilib ki, görüşün ləğvi ölkənin, millinin imici və ümumiyyətlə, Albaniya futbolu üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Qeyd edək ki, Albaniya – İngiltərə görüşü martın 28-də keçirilməlidir.
Fanat.Az