"Real Sosyedad" əvəzedici komandanın baş məşqçisi Xabi Alonso ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 40 yaşlı mütəxəssislə sözləşmə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klublarında çıxış etmiş sabiq yarımmüdafiəçi məşqçilik karyerasına Madrid təmsilçisinin U-14 komandasında başlayıb. O, 2019-cu ildən "Real Sosyedad"da işləyir.
Fanat.Az