"Bavariya”dan ayrılacağını açıqlayan David Alaba yayda "Real”a keçəcəyi iddialarına münasibət bildirib.
Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi belə danışıb:
"Real”a keçəcəm? Əlbəttə, mən də bəzi şeylər eşidirəm. Ancaq səhərlər durub qəzet oxuyan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik”.
Alaba 2010-cu ildən "Bavariya”nın şərəfini qoruyur. Mövsümün sonunda Münhen klubundan ayrılacağını açıqlayan futbolçunun ya "Real”, ya da "Barselona”ya keçəcəyi iddia olunur.